USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

ABŞ və İsrail yeni hava hücumundan müdafiə sistemi qurur


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 1285 dəfə oxunub
ABŞ və İsrail yeni hava hücumundan müdafiə sistemi qurur

İsrailin Raket Hücumundan Müdafiə Xidməti və ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyi “Arrow-4” (“Hetz-2”) sisteminin yenilənməsinə başlayıb.

“Simurq.net” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyindən bildiriblər.

Bu, növbəti onilliklər ərzində “Hetz-2”ni əvəz edəcək rakettutma sisteminin yeni nəslidir.

Baş podratçı İsrail Aviasiya Sənayesinin Müdafiə Konsernidir.

Xatırladaq ki, “Hetz-2” raket müdafiə sistemi İsrailin silah arsenalında 2000-ci ildən, “Hetz-3” raket hücumundan müdafiə sistemi isə 2017-ci ildən xidmətdədir.


Oxşar xəbərlər