USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Koronavirus xəstələrini müəyyən etmək üçün itlərdən istifadə olunacaq


Koronavirus xəstələrini müəyyən etmək üçün itlərdən istifadə olunacaq

Hindistan hərbçiləri koronavirusa yoluxanları tapmağı iki itə öyrədərək bununla bağlı daha çox itə təlim keçməyi nəzərdə tutur.

“Simurq.net” yerli KİV-ə istinadən xəbər verir ki, layihə çərçivəsində itlərin təlim keçərək xərçəng, qızdırma, diabet, Parkinson xəstəliyi və s. aşkar etmək bacarıqları əsas götürülüb.

İndi koronavirusla bağlı sınaqlara "koker spaniel" və yerli tazı cinsi olan "çippiparay" itləri cəlb edilib. İştirakçı itlərə COVID-19 testi müsbət çıxmış xəstələrin sidik və tər nümunələri ilə çalışmaq təlimi keçilib. Hər iki itin yüksək nəticə göstərdiyi bildirilir.

Təlim kursunu tamamladıqdan sonra itlər paytaxt Dehlidə tranzit sərnişinlərin yoxlandığı məntəqəyə göndərilərək 3 mindən artıq nümunə arasında 18 xəstə təyin ediblər.


Oxşar xəbərlər