USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Vətən Müharibəsi qazisi Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri oldu


  • Ölkə,
  • 8 ay əvvəl əlavə olunub,
  • 153 dəfə oxunub
Vətən Müharibəsi qazisi Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri oldu

Biləsuvar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.

"Simurq.net"in məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə Vətən Müharibəsi qazisi Zamiq Adil oğlu Mənsimli həmin şöbənin müdiri təyin olunub.

Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli Vətən müharibəsində iştirak edib. O, ağır döyuşlərdən birində yaralanıb. Z.Mənsimli Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


Oxşar xəbərlər