USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Vasif Talıbov İran nümayəndə heyəti ilə görüşüb


  • Siyasət,
  • 5 ay əvvəl əlavə olunub,
  • 233 dəfə oxunub
Vasif Talıbov İran nümayəndə heyəti ilə görüşüb

Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Simurq.net" xəbər verir ki, Ali Məclisin sədri nümayəndə heyətini salamlayıb, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin sədri ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Müctəba Zonnouri Ali Məclisin sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən qonaq İranın daim Azərbaycanın yanında olduğunu bildirib, tarixi qələbə münasibətilə Ali Məclisin sədrinə təbriklərini çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak edib.


Oxşar xəbərlər