USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

ABŞ-da 34 nəfər pis hava şəraitinin qurbanı oldu


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 207 dəfə oxunub
ABŞ-da 34 nəfər pis hava şəraitinin qurbanı oldu

ABŞ-da hökm sürən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı artıb.

“Simurq.net” xəbər verir ki, bu barədə “CBS” televiziya kanalı məlumat verib.

Son günlər şaxtalı havalar nəticəsində ölənlərin sayı 34-ə çatıb və ən çox ölüm halı Texas ştatında qeydə alınıb. Belə ki, bu ştatda 20 nəfər pis hava şəraitinə görə dünyasını dəyişib.

Son məlumatlara görə, qar fırtınası səbəbindən təxminən 300 min Texas sakininin işığı, 260 mindən çoxunun suyu yoxdur. Eyni zamanda, ştat ərazisinin əhəmiyyətli hissəsində bu yerlər üçün anormal sayılan soyuq hava şəraiti hökm sürür.


Oxşar xəbərlər