USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

ABŞ səfiri Putinin köməkçisi ilə görüşə dəvət edilib


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 52 dəfə oxunub
ABŞ səfiri Putinin köməkçisi ilə görüşə dəvət edilib

ABŞ-ın səfiri Con Sullivan Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla görüşə dəvət edilib.

Simurq.net in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 Qeyd edək ki, aprelin 13-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Co Bayden ABŞ Prezidenti kimi andiçmə mərasimindən sonra rusiyalı həmkarına ikinci dəfə zəng edib. Prezidentlər ikitərəfli münasibətlərin vəziyyəti və bir sıra beynəlxalq məsələləri barədə müzakirə aparıblar.

 Ağ Evdən bildirilib ki, telefon danışığı zamanı Bayden Putinə yaxın aylarda üçüncü bir ölkədə görüş keçirməyi təklif edib. 


Oxşar xəbərlər