USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

ABŞ və Çin iqlim böhranı üzrə birgə bəyanat qəbul ediblər


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 68 dəfə oxunub
ABŞ və Çin iqlim böhranı üzrə birgə bəyanat qəbul ediblər

ABŞ və Çin iqlim dəyişikliyinə qarşı mübarizəyə dair birgə bəyanatla çıxış edərək, Paris sazişinin reallaşdırılması üzərində işləməyə hazır olduqlarını bildiriblər.

Simurq.net TASS-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən yayılmış bəyanatda qeyd olunur ki, sənəd Şanxayda Amerika prezidentinin iqlim məsələləri üzrə xüsusi təmsilçisi Con Kerrinin çinli həmkarı Se Çjenhua ilə görüşündən sonra razılaşdırılıb.

“ABŞ və Çin bütün ciddiliyi ilə və təcili şəkildə həll edilməli olan iqlim böhranı məsələsində bir-biri ilə və dünyanın digər ölkələri ilə çalışmaqda sadiqdirlər. ABŞ və Çin Paris sazişinin reallaşdırılması məsələsində birgdə işləməkdə və başqa ölkələrlə də əməkdaşlıq etməkdə qəti qərarlıdırlar”, - sənədin mətnində belə deyilir.

Vaşinqton və Pekin xüsusilə planetdə istilik artım səviyyəsini 2 dərəcədən aşağı saxlamaq və bu rəqəmi 1,5 dərəcəyədək məhdudlaşdırmaq niyyətindədir.

Tərəflər, həmçinin 22-23 aprel tarixlərində ABŞ-ın maliyyələşdirdiyi iqlim sammitinin virtual formatda keçirilməsini də alqışlayıblar.


Oxşar xəbərlər