USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

ADPU-da şöbələrdən biri ləğv edildi


  • Təhsil ,
  • 3 ay əvvəl əlavə olunub,
  • 90 dəfə oxunub
ADPU-da şöbələrdən biri ləğv edildi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) struktur dəyişikliyi edilib.

Simurq.net in məlumatına görə, bunu universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev elmi şuranın iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, qurumun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilərək “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinə birləşdirilib.

“Yeni yaradılan şöbə “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi adlandırılır. Qərar layihəsi elmi şura tərəfindən yekdilliklə qəbul edilərək yeni təşkil edilən "Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr" şöbəsinin struktur və əsasnaməsi təsdiq edilib”, - deyə prorektor əlavə edib.


Oxşar xəbərlər