USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

AFFA Premyer Liqa klublarının yarısını cəzalandırdı


  • İdman,
  • 7 ay əvvəl əlavə olunub,
  • 110 dəfə oxunub
AFFA Premyer Liqa klublarının yarısını cəzalandırdı

AFFA İntizam Komitəsinin bu gün keçirdiyi iclasda Azərbaycan Premyer Liqasının XVII turunun oyunları ilə əlaqədar qərarlar qəbul olunub.

Premyer Liqada yarışan səkkiz klubdan dördü – “Qəbələ”, “Sabah”, “Keşlə” və “Neftçi”yə dörd və daha çox oyunçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə kəsilib.

Qeyd edək ki, “Sumqayıt”la ev matçında “Qəbələ”nin - altı, “Zirə” ilə səfər oyununda “Neftçi”nin - dörd, “Sabah” – “Keşlə” matçında isə hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalanıb.


Oxşar xəbərlər