USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

AFFA "Qəbələ"nin baş məşqçisinin cəzasını açıqlayıb.


  • İdman,
  • 4 ay əvvəl əlavə olunub,
  • 55 dəfə oxunub
AFFA "Qəbələ"nin baş məşqçisinin cəzasını açıqlayıb.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

"Simurq.net"informasiya agentliyinin məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

“Keşlə” – “Zirə” oyununun 61-ci dəqiqəsində qırmızı vərəqə alan Dmitrios Çantakias 2 oyun cəzalanıb. Qonaqlar buna görə 1600 manat cərimələnib. Neftçi” – “Qəbələ” oyununda qonaqların baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb. Klub 800 manat cərimə olunub. Bu qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan Qəbələnin eyniadlı təmsilçisi 800 manat cərimələnib.

Cahangir Novruz


Oxşar xəbərlər