USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağ Ev: “Çinlə müzakirələrdə uyğur müsəlmanları əsas mövzulardan olacaq”


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 40 dəfə oxunub
Ağ Ev: “Çinlə müzakirələrdə uyğur müsəlmanları əsas mövzulardan olacaq”

ABŞ-Çin görüşlərindəki mövzulardan biri Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı rəftarı olacaq.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Uyğur müsəlmanlarına qarşı soyqırım birbaşa Çinlə danışacağımız mövzulardan biri olacaq”.

O, Çin və ABŞ rəsmilərinin Alyaskadakı görüşündə insan hüquqlarının, Tayvanın və iqtisadi əlaqələrin müzakirə ediləcəyini bildirib.

Psaki qeyd edib ki, ABŞ Çinin uyğur müsəlmanlarına qarşı siyasətini soyqırım hesab edir:

“Bu mövzuda tərəfdaş ölkələrlə işləmək və Çinə daha çox təzyiq göstərmək üçün fürsətlər axtarırıq. Bu mövzunu Çinlə birbaşa müzakirə edəcəyik”.


Oxşar xəbərlər