USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağ Evin beş əməkdaşı Baydenin verdiyi vədlərə baxmayaraq, işdən çıxarılıb


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 65 dəfə oxunub
Ağ Evin beş əməkdaşı Baydenin verdiyi vədlərə baxmayaraq, işdən çıxarılıb

Məmurlara marixuana istifadəsi ilə bağlı qoyulan məhdudiyyətləri yumşaltma barədə Co Bayden administrasiyasının verdiyi vədlərə baxmayaraq, Ağ Evin beş əməkdaşı buna görə işdən çıxarılıb.

TASS-ın məlumatına görə, ABŞ prezidentinin mətbuat katibi Cen Psaki bununla bağlı danışıb.

Onun sözlərinə görə, Ağ Evdə işçilərlə bağlı qaydalarda bir neçə həftə əvvəl müəyyən yumşaldılmalar edilib. Bunlar arasında narkotik maddə istifadəsi ilə bağlı məsələlər də var. Belə ki, əvvəllər marixuanadan istifadə edənlər işdən çıxarılmayacaq. Ancaq Psakinin sözlərindən o da məlum olub ki, işə götürülən adamlardan beş nəfəri məhz bu səbəbə görə artıq vəzifələrindən azad edilib.

Bundan əvvəl “The Daily Beast” nəşri əvvəllər marixuana istifadə etdiklərini deyən onlarla gəncin Ağ Evdəki işindən kənarlaşdırıldığını və ya ən yaxşı halda distant iş rejiminə keçirildiyini bildirmişdi.

Qeyd edək ki, marixuana hazırda ABŞ-ın bir çox ştatında və Ağ Evin yerləşdiyi Kolumbiya dairəsində leqallaşdırılıb, ancaq federal səviyyədə hələ də qanunsuz sayılır.


Oxşar xəbərlər