USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağcabədi sakinindən qurudulmuş marixuana götürülüb


  • Araşdırma,
  • 5 ay əvvəl əlavə olunub,
  • 92 dəfə oxunub
Ağcabədi sakinindən qurudulmuş marixuana götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Bəxtiyar Səfərov  tutularaq Polis Şöbəsinə gətirilib. Davam etdirilən araşdırmalarla B.Səfərovun fərdi yaşayış evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi 10 kiloqram 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Fəzail Səfərov

 

 


Oxşar xəbərlər