USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağdaş sakinləri silahlarını polisə təhvil veriblər


  • ,
  • 7 ay əvvəl əlavə olunub,
  • 688 dəfə oxunub
Ağdaş sakinləri silahlarını polisə təhvil veriblər

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Simurq.net in bölgə müxbirinin məlumatına görə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qaradağlı kənd sakini Cavanşir Babayevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində Ağzıbir kənd sakini İslam Xəlilov və Kotavan kəndində yaşayan Famil Əhmədov qanunsuz olaraq saxladıqları “TOZ” markalı odlu silahlarını könüllü olaraq Ağdaş rayon Polis Şöbəsinə təhvil veriblər.

Cahangir Novruz


Oxşar xəbərlər

Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri Qənirə Paşayeva qəhrəman Şəhidimiz Vahid Qurbanovdan Yazdı!
https://simurq.net/category/" title="">
  • 8 ay əvvəl
  • Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri Qənirə Paşayeva qəhrəman Şəhidimiz Vahid Qurbanovdan Yazdı!