USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağdaşda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb.


  • Hadisə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 75 dəfə oxunub
Ağdaşda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Ağdaş rayonunda yanğın hadisəsi baş verib.

"Simurq.net"informasiya agentliyi xəbər verir ki, Ağdaş şəhərinin Nizami küçəsindəki 8 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb.

Rayon sakini, 1977-ci il təvəllüdlü İbrahimov Ramiq Rafiq oğluna məxsus ümumi sahəsi 240 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Cahangir Novruz



Oxşar xəbərlər