USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağdaşda narkotik bitki əkən səxs saxlanılıb.


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 46 dəfə oxunub
Ağdaşda narkotik bitki  əkən səxs saxlanılıb.

Ağdaşda narkotik becərən şəxs saxlanılıb.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Elnur İsmiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Simurq.net"İnformasiya agentiyinə verilən məlumata görə, saxlanılan şəxsin Dəhnəxəlil kəndində kultivasiya yolu ilə yetişdirdiyi,ümumi çəkisi 12 kiloqram 575 qram olan 17 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. E.İsmiyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



Oxşar xəbərlər