USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağdaşda qardaşını öldürən qıza hökm oxunub.


  • Hadisə,
  • 3 ay əvvəl əlavə olunub,
  • 736 dəfə oxunub
Ağdaşda qardaşını öldürən qıza hökm oxunub.

Ağdaşda qardaşını öldürən qıza hökm oxunub.
Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Simurq.net"xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ü. Ələkbərova 9 il azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunda baş verib.

Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.


Oxşar xəbərlər