USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağdaşda yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 434 dəfə oxunub
Ağdaşda yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Simurq.net in bölgə müxbirinin məlumatına görə ötən gecə saat 00:10 radələrində Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndi ərazisində "Mersedes" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Ağdaş rayon sakinləri 1961-ci il təvəllüdlü Əhmədova Rahilə Namət qızı, 2008-ci il Əhmədova Rahilə Teymur qızı, 1984-cü il təvəllüdlü Əhmədov Teymur Səməd oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, İsmayılova Dursun Qiyas qızı, Əlizadə Xəzan Fikrət qızı, Əhmədov Təbriz Teymur oğlu, Sadiqli İqbal Elton oğlu ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Saat 09:45

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

 Simurq.netFövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Mercedes" markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Cahangir Novruz


Oxşar xəbərlər