USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağsu sakinindən narkotik vasitələr götürülüb - FOTO


  • ,
  • 8 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
Ağsu sakinindən narkotik vasitələr götürülüb - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Navahı kənd sakini Ruslan Hüseynov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə R.Hüseynovun yaşadığı ünvana baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Cahangir Novruz



Oxşar xəbərlər

Bərdədə evdən oğurluq edən qadın tutulub
https://simurq.net/category/" title="">
  • 8 ay əvvəl
  • Bərdədə evdən oğurluq edən qadın tutulub