USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağsuda sürücü yol qəzasında ağır xəsarət aldı


  • Hadisə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 231 dəfə oxunub
Ağsuda sürücü yol qəzasında ağır xəsarət aldı

Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Simurq.net informasiya agentliyinin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nuriyev Gündüz Əlisahib oğlu müxtəlif xəsarətlər alıb. Yaralı əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Cahangir Novruz


Oxşar xəbərlər