USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağsuda toy edənlər cərimələnib


  • ,
  • 4 ay əvvəl əlavə olunub,
  • 1613 dəfə oxunub
Ağsuda toy edənlər cərimələnib

Ağsu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Simurq.net in bölgə müxbirinin məlumatına görə, rayonun Padarqışlaq kənd sakini Səxavət Həsənovun oğluna toy məclisi təşkil etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək karantin qaydalarının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı S.Həsənov və digər 14 nəfər Polis Şöbəsinə dəvət olunub.  

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Cahangir Novruz


Oxşar xəbərlər

Tovuz rayon Düz Cırdaxan kənd sakinləri etiraz edirlər
https://simurq.net/category/" title="">
  • 4 ay əvvəl
  • Video Tovuz rayon Düz Cırdaxan kənd sakinləri etiraz edirlər