USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağsuda yas mərasimi təşkil edənlər cərimələnib


  • Gündəm,
  • 5 ay əvvəl əlavə olunub,
  • 66 dəfə oxunub
Ağsuda yas mərasimi təşkil edənlər cərimələnib

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Simurq.net" informasiya agentliyinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb və xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

Cahangir Novruz


Oxşar xəbərlər