USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ağsunun ucqar dağ kəndində yanğın hadisəsi baş verib.


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 195 dəfə oxunub
Ağsunun ucqar dağ kəndində yanğın hadisəsi baş verib.

Ağsu rayonunun ucqar dağ kəndi olan Kalvada yanğın hadisəsi baş verib.

Simurq.net in bölgə müxbiri xəbər verir ki, hadisə gündüz saat 15 radələrində Zahid Nuriyevin həyətindəki çardaqda, bağlı ot tayasında olub.

Hadisə yerinə Ağsu və Şamaxı yanğından mühafizə hissələrindən ümumilikdə 11 nəfər şəxsi heyət və iki yanğınsöndürən maşın gəlib.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun yaxınlıqdakı evə və mal-qara saxlanan tövləyə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, çardağın xeyli hissəsi və 2,2 ton bağlı otun yarıya qədəri yanıb.

Hazırda yanğının tamamilə söndürülməsi üçün səylər davam edir.

Cahangir Novruz


Oxşar xəbərlər