USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

AİHM Rusiyadan Navalnının azadlığa buraxılmasını tələb edib


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 4590 dəfə oxunub
AİHM Rusiyadan Navalnının azadlığa buraxılmasını tələb edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya hökumətindən müxalif blogger Aleksey Navalnının azadlığa buraxılmasını tələb edib.

Simurq.net in “vesti.ru”ya istinadən verdiyi xəbərə görə, AİHM haqqında reqlamentin 39-cu bəndini tətbiq edilməklə A. Navalnının həyatına təhlükə olduğu əsas gətirilərək müvafiq qərar qəbul edilib.

Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik Komitəsinin sədri Mixail Yemelyanov bildirib ki, ölkəsi bu qərarı icra etməmək hüququna malikdir: “Xüsusilə də konstitusiyaya son dəyişikliklərdən sonra bu qərarın icra olunmaması üçün hüquqi əsaslar formalaşıb. Belə ki, düzəlişlərdən birinə əsasən, beynəlxalq təşkilatların konstitusiya ilə bilavasitə ziddiyyət təşkil etdiyi qərarları icra olunmaya bilər. Biz də bu müddəadan istifadə edərək, qərarı yerinə yetirməyəcəyik”.

Qeyd edək ki, A. Navalnı yanvarın 17-də müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdarkən hava limanında saxlanılıb. Məhkəmənin qərarı ilə A. Navalnı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Oxşar xəbərlər