USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Almaniya DİN başçısı Səhiyyə nazirinə qarşı çıxdı: Peyvənddən imtina etdi


  • Dünya,
  • 3 ay əvvəl əlavə olunub,
  • 30 dəfə oxunub
Almaniya DİN başçısı Səhiyyə nazirinə qarşı çıxdı: Peyvənddən imtina etdi

Almaniyanın 40 yaşlı Səhiyyə naziri Hens Speyn 60 yaşdan yuxarı kabinet üzvlərini “AstraZeneca” peyvəndi vurdurmağa çağırıb.

“Haber Global” məlumat verir ki, ölkəin Daxili İşlər naziri (DİN) Horst Zeehofer bu tələbə baxmayaraq “AstraZeneca” peyvəndi vurdurmaqdan imtina edib.

Zeehofer eyni zamanda deyib ki, heç kim onu buna məcbur edə bilməyəcək.

Qeyd edək ki, Almaniya tromboz riski səbəbindən 60 yaşınadək insanların sözügedən vaksindən istifadəsini dayandıran ölkələr arasında olub.

Ölkədə “AstraZeneca” ilə peyvənd edilən 2,7 milyon insandan 31-də tromboz yaranıb, 9-u həyatını itirib.


Oxşar xəbərlər