USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Aprelin 4-də gözlənilən hava şəraiti açıqlanıb. 


  • Ölkə,
  • 6 ay əvvəl əlavə olunub,
  • 49 dəfə oxunub
Aprelin 4-də gözlənilən hava şəraiti açıqlanıb. 

Sabah 21 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. 

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq. 

Aprelin 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq. 


Oxşar xəbərlər