USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 53 dəfə oxunub
Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Ermənistandakı hadisələri çox yaxından izləyir.

Simurq.net in xəbərinə görə, bu barədə Aİ-nin yaydığı bəyanatda qeyd olunub.

Aİ Ermənistan ordusunu konstitusiya ilə müəyyən edilən səlahiyyətləri çərçivəsində davranmağa çağırıb.

“Avropa İttifaqı Ermənistandakı hadisələri çox yaxından izləyir. Biz bütün tərəfləri sakitləşməyə və vəziyyəti daha da gərginləşdirəcək ritorika və ya hərəkətlərdən çəkinməyə çağırırıq. Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir. Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır. Demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur”, - deyə bildirilib.


Oxşar xəbərlər