USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Avropa Parlamenti Puçdemonun deputat toxunulmazlığını ləğv edib


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 80 dəfə oxunub
Avropa Parlamenti Puçdemonun deputat toxunulmazlığını ləğv edib

Avropa Parlamenti İspaniyanın Kataloniya bölgəsinin keçmiş lideri Karles Puçdemonun deputat toxunulmazlığının ləğvinə dair qərar qəbul edib.

Simurq.net in DW-ya istinadən verdiyi xəbərə görə, K. Puçdemonla yanaşı, digər iki kataloniyalı siyasətçinin də deputat toxunulmazlıqları ləğv edilib.

Avropa Parlamentinin 400 deputatı K. Puçdemonun deputat toxunulmazlığının ləğvi ilə bağlı qərarın lehinə səs verib, 45 deputat bitərəf qalıb, 248 deputat isə qərarın əleyhinə səs verib.

Qeyd edək ki, 2019-cu ildə keçirilən seçkilərdə K. Puçdemon, Kataloniyanın keçmiş səhiyyə naziri Toni Komin və sabiq regional təhsil naziri Klara Ponsati Avropa Parlamentində yer qazanıblar. Bununla onlar Avropa Parlamentinin üzvləri kimi toxunulmazlıq əldə ediblər. Ötən ay Hüquq Məsələləri Komitəsi onların deputat toxunulmazlıqlarının ləğvini parlamentə tövsiyə edib.

Xatırladaq ki, K. Puçdemon və bir sıra həmkarları 2017-ci ilin oktyabrında İspaniya hökumətinin qanunsuz elan etdiyi müstəqilliklə bağlı referendum keçirildikdən sonra Belçikadan sığınacaq alıblar.


Oxşar xəbərlər