USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan boksçuları Boğaziçi turnirini 7 medalla bitiriblər


  • İdman,
  • 6 ay əvvəl əlavə olunub,
  • 94 dəfə oxunub
Azərbaycan boksçuları Boğaziçi turnirini 7 medalla bitiriblər

Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb. 

Apasport.az Boks Federasiyasının saytına istinadən məlumat verir ki, Azərbaycan milli komandası 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, boksçularımız turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər. 


Oxşar xəbərlər