USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan boksçularının dünya birinciliyində ilk rəqibləri bəlli olub


  • İdman,
  • 2 ay əvvəl əlavə olunub,
  • 33 dəfə oxunub
Azərbaycan boksçularının dünya birinciliyində ilk rəqibləri bəlli olub

Polşanın Keltse şəhərində keçiriləcək boks üzrə gənclər arasında dünya birinciliyinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək və 11 gün davam edəcək mundialda Azərbaycan millisinin üzlərinin də rəqibləri bəlli olub. 

Komandamızın heyətində ilk olaraq rinqə Əzrək Bəbirov çıxacaq.  

13 aprel

1/16 final

Əzrək Bəbirov (56 kq) – Maksat Jusipov (Qırğızıstan)

14 aprel

1/16 final

Əli Zamanov (52 kq) – Ruben Qarboyan (Ermənistan)

Əsəd Baxışov (91 kq) – Ramazan Dadayev (Rusiya)

15 aprel

1/16 final

Cəlal Qurbanov (60 kq) – Ferens Samu (Macarıstan)

Samir Nəsirov (69 kq) – Petar Knezeviç (Xorvatiya)/Mateus Urban (Polşa)

16 aprel

1/16 final

Elmir Novruzov (64 kq) – Darian Kastro (Kuba)

Cəfər Heydərli (75 kq) – Villiam Çolov (Bolqarıstan)

Murad Allahverdiyev (81 kq) – Domeniko Vingiquerra (İtaliya)

17 aprel

1/8 final

Nicat Hüseynov (49 kq) – Salvator Di Noto (İtaliya)/Allan Morozov (Estoniya)


Oxşar xəbərlər