USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan Çemipnonu Şəhid Muxtarın Bu Gün Doğum Günüdür. FOTO


  • Araşdırma,
  • 4 ay əvvəl əlavə olunub,
  • 171 dəfə oxunub
Azərbaycan Çemipnonu Şəhid Muxtarın Bu Gün Doğum Günüdür. FOTO

Qasımlı Muxtar Əli oğlu 23 fevral Bakı şəhərində dünyaya gəlib. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. 

Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirəkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılır. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılır.

Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafaflara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.

Şəhid olduqdan sonra, Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli "Vətən uğrunda" medalı və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Muxtar Əli oğlu Qasımlı "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Allah rəhmət etsin!

Elçin Aslanov



Oxşar xəbərlər