USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan elektrik enerjisinin ixracını 5% artırıb


Azərbaycan elektrik enerjisinin ixracını 5% artırıb

Bu ilin I rübündə Azərbaycan 509,0 mln. kVt-st elektrik enerjisi ixrac edib ki, bu da illik müqayisədə 5,4% və ya 25,9 mln. kVt-st çoxdur.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə İrana 8,3 mln. kVt-st, Türkiyəyə 12,7 mln. kVt-st, Rusiyaya 23,1 mln. kVt-st, Gürcüstana isə 464,9 mln. kVt-st elektrik enerjisi ixrac edilib.

"Hesabat dövründə elektrik enerjisinin idxalı 32,1 mln. kVt-st olub", - məlumatda deyilir.

Məlumata görə, bu ilin birinci rübündə İrandan 8,2 mln. kVt-st, Rusiyadan 15,3 mln. kVt-st, Gürcüstandan isə 8,6 mln. kVt-st elektrik enerjisi idxal edilib.


Oxşar xəbərlər