USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan millisinin daha 2 boksçusu dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb


  • İdman,
  • 5 ay əvvəl əlavə olunub,
  • 48 dəfə oxunub
Azərbaycan millisinin daha 2 boksçusu dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. 

Apasport.az saytının məlumatına görə, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

İlk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran Əzrək Bəbirov 1/8 final çərçivəsində tailandlı Panuvat Çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. 

Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək. 

Millimizin digər üzvü - Nicat Hüseynov (49 kq) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 final çərçivəsində təşkil olunan döyüşdə həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26). 

Onun 1/4 finalda rəqibi macarıstanlı Levent Eqedus olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq. 

Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.


Oxşar xəbərlər