USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan millisinin futbolçusu bu gün reanimasiyadan çıxarılıb, palataya keçiriləcək


  • İdman,
  • 2 ay əvvəl əlavə olunub,
  • 22 dəfə oxunub
Azərbaycan millisinin futbolçusu bu gün reanimasiyadan çıxarılıb, palataya keçiriləcək

“Kəpəz”in futbolçusu Ümid Səmədovun durumuna aydınlıq gəlib.

Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadənin apasport.az sayına verdiyi məlumata görə, 18 yaşlı yarımmüdafiəçi xəstəxanada reanimasiyadadır.

Çalışdırıcı 21 yaşadək futbolçulardan ibarət millimizin üzvünün mədəaltı vəzində problem olduğunu söyləyib: “Zaqatala” ilə oyundan əvvəl Ümidin bir balaca ağrıları var idi. Matçda iştirak etdi. Sonra müayinə zamanı məlum oldu ki, həkim müdaxiləsinə ehtiyac var. Ümid aprelin 9-dan xəstəxanadadır. Həkimlər söz veriblər ki, bu gün reanimasiyadan çıxarılıb, palataya keçiriləcək”.

Vahabzadə Həm U-19, həm də U-21 yığmalarımıza dəvət alan Səmədovun parlaq gələcəyinin olduğunu düşünür: “Ümid bizim ən gənc perspektivli futbolçularımızdan biridir. Gəncəli azarkeşlərin və futbol ictimaiyyətinin ona böyük ümidləri var”.

Qeyd edək ki, Ümid Səmədov “Kəpəz”in kapitanı Əli Səmədovun qardaşı, aşağı yaş qrupları üzrə məşqçisi İlham Səmədovun isə oğludur.


Oxşar xəbərlər