USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan Ordusunun 52 yaşlı qəhrəman döyüşçüsü, kapitan Bayram Vəliyev.


  • Araşdırma,
  • 8 ay əvvəl əlavə olunub,
  • 109 dəfə oxunub
Azərbaycan Ordusunun 52 yaşlı qəhrəman döyüşçüsü, kapitan Bayram Vəliyev.

44 gün ərzində davam edilən şiddətli müharibə zamanı torpaqlarımızın işğaldan tam olaraq azad olunmasında iştirak edən 52 yaşlı qəhrəman döyüşçü, ehtiyatda olan zabit, kapitan Bayram Vəliyevdir.

"Simurq.net"informasiya agentliyinin xəbərinə görə, Bayram Misir oğlu Vəliyev 1969-cu ildə Laçın rayonunun Köhnəkənd kənində dünyaya göz açıb. Qəhrəmanımızın vətənə, dövlətinə, millətinə qarşı olan bu sevgisi uşaq vaxtlarından hiss olunub. Laçın ermənilər tərəfindən işğal olunan zaman Bayram ailəsi ilə birgə köçkün olaraq Göyçaya gəlir. O, 28 il Göyçayda məcburi köçkün kimi yaşamağa başlayır. Amma bir gün onun da doğulub boya-başa çatdığı və doğma torpağı olan Laçının işğaldan azad olunması və yenidən həmin səfalı yerlərə qayıdacağı günə inanır və səbirsizliklə gözləyirdi.

Qəhrəman döyüşçümüz ilə söhbətimiz zamanı bildirib ki, Azərbaycan ordusunun böyük qələbə çalmasında onun da əməyi olduğu üçün böyük qürur və fəxr hissi keçirir. Belə ki, sentyabr ayının 27-si 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə əks-hücum əməliyyatına - zəfər yürüşünə başlanılıb. Aparılan döyüşlərdə kəşfiyyatçı olub. Bu azadlıq yürüşü Ali Baş Komandan tərəfindən xüsusi ola­raq istiqamətləndirilirdi. Hərbçi sözlərində əlavə edərək, İkinci Qarabağ müharibəsi ilə yanaşı Birinci Qarabağ müharibəsində də döyüşlərə qatıldığını bildirib. Qarabağın bütün istiqamətlərində yağı düşmənlə üz-üzə döyüş yoldaşları ilə birlikdə müharibənin son qələbə gününə qədər vuruşub. Müharibə zamanı onun ən ağır və şiddətli döyüşü Cəbrayıl,Qubadlı, Hadrut və Laçın rayonlarında olub. Bütün bunlara baxmayaraq düşmənə sinə gərməyi bacarıb, bütün çətinliklərdən mübarizə apararaq uğurla keçib.

Əgər salamat geri dönsə ilk ziyarət etdiyi yer müqəddəs məkan olan Şəhidlər Xiyabanı olacağını demişdi Bayram Vəliyev. Döyüşlərdən qayıtdıqdan sonra Göyçay Şəhidlər Xiyabanına gedərək orada uyuyan və torpaqlarımız uğrunda məğrurcasına öz canlarından keçən Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərini ziyarət edib, ruhlarına dualar oxuyub. Ziyarəti zamanı isə bildirib ki:

"44 günlük müharibədə öz mübarizəmizlə Ali Baş Komandanımızın birliyinə qoşulmuşuq. Bizim döyüşlər zamanı həm sevincli, həm də ağrı-acılı günlərimiz oldu. Sevincli günlərimiz ona görə oldu ki, Qarabağımızı işğaldan azad etdik. Ağrılı günlərimiz isə oldu ki, belə qəhrəman qardaşlarımızı cismən itirdik." - deyə qeyd edib.

Xatırladaq ki, xüsusi olaraq vətənpərvərliyi ilə seçilən B.Vəliyev bir neçə orden və medallarla, eləcə də təşəkkürnamələrlə də təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Cahangir Novruz


Oxşar xəbərlər