USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"ı məğlub etdi.


  • İdman,
  • 7 ay əvvəl əlavə olunub,
  • 93 dəfə oxunub
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"ı məğlub etdi.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

"Simurq.net"informasiya agentliyinin məlumatına görə, turun açılış matçı Qəbələdə şəhərin eyniadlı komandası ilə "Sumqayıt" arasında keçirilib.

Qarşılaşma Xocalı faciəsinin 29-cu ildönümü və "Sumqayıt" klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişməsi ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Ceyms Adeniyi 50-ci dəqiqədə vurub.

Bu qələbə sayəsində xalını 21-ə çatdıran "qırmızı-qaralar" 4-cü yerdəki "Sumqayıt"la xal fərqini ikiyə endirib.

Qeyd edək ki, XVII turun digər matçında "Zirə" "Neftçi"ni qəbul edir. Həmin qarşılaşmada hesab açılmayıb. Bu gün həmçinin "Sabah" - "Keşlə" və "Qarabağ" - "Səbail" qarşılaşmaları da keçiriləcək.

Cahangir Novruz

 


Oxşar xəbərlər

Qəbələ
Qəbələ