USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan Prezident: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”


  • Siyasət,
  • 6 ay əvvəl əlavə olunub,
  • 84 dəfə oxunub
Azərbaycan Prezident: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”

“ABŞ yox idi və biz problemi həll etdik. Biz bu vaxta qədər hələ də yeni administrasiyadan mesaj almamışıq. Heç bir mesaj, sıfır”.

Simurq.net in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident Əliyev ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyana zəng etdiyini xatırladıb: “Cənab Blinken Paşinyana zəng etdi. Onların nə barədə danışdığını bilmirəm, amma balans yenidən pozulur. Mən demirəm ki, biz cənab Blinkendən zəng gözləyirik. Xeyr. Ancaq o həmsədrdir. Onlar ən azından balansa uyğun şəkildə davranmalıdırlar. Beləliklə, biz heç bir mesaj almamışıq. ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Mən Prezident Baydendən Novruz bayramı münasibətilə xoş bir məktub aldım, bunun üçün minnətdaram. Ancaq bu, yalnız təbrik mesajı idi”.


Oxşar xəbərlər