USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan qazı İtaliyanın digər mənbələrdən yanacaq tədarükünə təsir edə bilər


Azərbaycan qazı İtaliyanın digər mənbələrdən yanacaq tədarükünə təsir edə bilər

Bazarın yeni boru kəməri mənbəyinə (Azərbaycan qazı – red.) uyğunlaşmasınadək İtaliyaya qazın digər mənbələrdən tədarükündə dalğalanmalar ola bilər.

Bu barədə "Simurq.net" Rusiyanın "Qazprom" şirkətinin hesabatına istinadən xəbər verir.

Hesabata görə, dalğalanmalar Trand-Adriatik qaz kəməri (TAP) ilə Yunanıstanla İtaliya sərhədində qaz tədarükü həcmlərinin layihə gücünə (ildə 8 mlrd kubmetr) çıxanadək (2021-ci ilin I-II rübləri) müşahidə edilə bilər.

Qeyd edək ki, İtaliya Avropanın ən böyük qaz idxalçısıdır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.


Oxşar xəbərlər