USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycan və Ukrayna kənd təsərrüfatı üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib


Azərbaycan və Ukrayna kənd təsərrüfatı üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Ukrayna arasında kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan mövzu Azərbaycan-Ukrayna Kənd Təsərrüfatı Məsələləri üzrə İşçi Qrupun 1-ci iclası zamanı müzakirə predmeti olub.

İclasda Azərbaycanla Ukrayna arasında kənd təsərrüfatı məhsullarının ticarəti, investisiyaların qoyuluşu sahəsində, heyvandarlıq, bitkiçilik və orqanik istehsal, şərabçılıq, kənd yerlərinin inkişafı, elmi tədqiqat işləri və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini geniş müzakirə olunub.

Əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın İqtisadiyyat, Ticarət və Kənd təsərrüfatı Nazirliyi arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.

Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.


Oxşar xəbərlər