USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanda arıçılıq məshullarının qiyməti nə qədərdir?


Azərbaycanda arıçılıq məshullarının qiyməti nə qədərdir?

2020-ci ildə 32 min 340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6 min 647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun 12,7 manat, vərəmumun 131,6 manat, güləmin 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5 manat olub.

Qeyd edilib ki, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncama əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib. Bunun arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb etdiyi əlavə edilib.

2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325 min, bal istehsalı isə 3 min 604,1 ton artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artıb. Arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-dək yüksəlib. 


Oxşar xəbərlər