USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanda Dağıstan həftəsi keçiriləcək - FOTO


  • Ölkə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 43 dəfə oxunub
Azərbaycanda Dağıstan həftəsi keçiriləcək - FOTO

Azərbaycanda onlayn rejimdə Dağıstan həftəsi keçiriləcək. Tədbir Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abasquliyevin “Rossotrudnichestvo”nun (MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik) Azərbaycandakı nümayəndəliyi ilə apardığı danışıqlar sayəsində mümkün olub.

“Riadagestan”ın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətindən xəbər verilib.

Bildirilir ki, Dağıstanın turizm potensialına həsr olunmuş onlayn sərgilər 2021-ci ilin aprelində “Rossotrudnichestvo”nun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçiriləcək.

Layihənin məqsədi Azərbaycanda Dağıstanın turizm potensialını populyarlaşdırmaqdır.



Oxşar xəbərlər