USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanda icbari tibbi sığorta üzrə daxilolmalar 112 mln. manatı üstələyib


Azərbaycanda icbari tibbi sığorta üzrə daxilolmalar 112 mln. manatı üstələyib

Bu ilin I rübündə Azərbaycanda icbari tibbi sığorta yığımları üzrə daxilolmalar 112,3 mln. manatı üstələyib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bu, nəzərdə tutulandan 25,5 mln. manatı üstələyib.

"İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq", - nazir qeyd edib.


Oxşar xəbərlər