USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanda inşaat və tikinti sektorunun kreditləşməsində rekord göstərici qeydə alınıb


Azərbaycanda inşaat və tikinti sektorunun kreditləşməsində rekord göstərici qeydə alınıb

Bu ilin fevralın 1-nə Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi 688 mln. manat təşkil edib.

Simurq.net in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin iyun ayından bəri qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin həcmi 30,5%, son bir ildə isə 48,1% artıb. 

Qeyd edək ki, sözügedən sahəyə yönəldilən kreditlər ümumi ölkə üzrə kredit qoyuluşlarının 4,7%-ni təşkil edib. Bu, illik müqayisədə 1,7 faiz bənd çoxdur.


Oxşar xəbərlər