USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanda qanunsuz ov edən şəxslər saxlanıb.


  • Araşdırma,
  • 5 ay əvvəl əlavə olunub,
  • 84 dəfə oxunub
Azərbaycanda qanunsuz ov edən şəxslər saxlanıb.

Qanunsuz ov edən 18 nəfər saxlanıldı

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər sakinləri Mirsəməd Abbasov, Elxan Qubadov, Xaçmaz rayon sakinləri Elçin Haqverdiyev, Ruslan Qəhrəmanov, Muxtar Şirinov, Asif Mürsəliyev, Şabran rayon sakini Rəvan Məlikov, Qubadlı rayon sakini Ömər Mehralıyev, Sabirabad rayon sakinləri Mircəfər Ağayev, Pərviz Sadıqov, Elman Soltanov, Sərxoş Zeynalov, Yevlax rayon sakini Ruslan Cəfərov və Elşad Mehdiyev qadağan olunmuş vaxtda ov etdiklərinə görə saxlanılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb. Bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib. 

O qeyd edib ki, Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Mingəçevir su anbarında və Baş Mil-Muğan Kollektorunun Neftçala rayonu Yeniqışlaq kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan Bakı şəhər sakini Əmiraslan Hüseynov, Yevlax rayon sakinləri Xaləddin Əliyev, Mənsur Məmmədov və Neftçala rayon sakini Fuad Həziyev saxlanılıb və barələrində protokol tərtib edilib.


Oxşar xəbərlər