USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanda qeyri-neft sektorunda iqtisadiyyatın geriləməsi dayanıb


Azərbaycanda qeyri-neft sektorunda iqtisadiyyatın geriləməsi dayanıb

2021-ci ildə iqtisadi artımın bərpası ilə bağlı gözləntilər qeyri-neft iqtisadiyyatında artıq özünü doğrultmaqdadır.

Mərkəzi Bankdan verilən məlumata əsasən, rəsmi rəqəmlərə görə 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda resessiya (iqtisadiyyatın geriləməsi), demək olar ki, dayanıb.

Qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12,1 faiz, kənd təsərrüfatında 2,3 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 10,9 faiz artım müşahidə olunub.

Real sektorun monitorinqinin nəticələrinə görə fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artıma meyilli olub. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyil qeydə alınıb.

Qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir. Daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcək.


Oxşar xəbərlər