USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanda siqaret bahalaşdı


Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb.

Simurq.net in məlumatına görə, qiymət artımı bu gündən etibarən müşahidə olunmağa başlayıb.

Məhsulun topdan alış və satışı ilə məşğul olan sahibkarın sözlərinə görə, artıq bir həftəyə yaxındır ki, qiymətlərdə artım olacağı ilə bağlı xəbərdarlıq edilib və satışda müəyyən qədər məhdudiyyətlər yaranıb.

Belə ki, bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 20 qəpik bahalaşıb.

Sahibkar bildirib ki, məhsulun topdan satışı ilə məşğul olan müəssisələr qiymət artımı ilə bağlı heç bir açıqlama verməyiblər.


Oxşar xəbərlər