USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycandan ixrac olunan buğda və unun hər tonuna 200 dollar gömrük rüsumu ödənəcək


Azərbaycandan ixrac olunan buğda və unun hər tonuna 200 dollar gömrük rüsumu ödənəcək

Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunub.

Simurq.net in məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb. 

Eyni zamanda Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq edilib.

Artıq qüvvəyə minən qərar 2021-ci il mayın 1-dək qüvvədə olacaq.   

Qeyd edək ki, Azərbaycana idxal edilən buğda gömrük rüsumundan azaddır. Ölkəyə idxal edilən buğda ununa isə 15 faiz idxal gömrük rüsumu tətbiq olunur.


Oxşar xəbərlər