USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanın daha bir idmançısı “Turkish Open”da fəxri kürsüyə yüksəldi


  • İdman,
  • 3 ay əvvəl əlavə olunub,
  • 33 dəfə oxunub
Azərbaycanın daha bir idmançısı “Turkish Open”da fəxri kürsüyə yüksəldi

Türkiyənin İstanbul şəhərində sayca 8-ci dəfə keçirilən “Turkish Open” beynəlxalq yarışının üçüncü günü də taekvondo millimiz üçün uğurlu alınıb.

Öncəki günlərdə turnirin qalibi Milad Hərçəqani və gümüş medala sahib olan Radik İsayevin ardından Ayxan Tağızadə də fəxri kürsüyə qalxıb.

Yarışa 74 kq çəki dərəcəsində qatılan komandamızın üzvü, yarımfinala kimi inamla irəliləsə də qızıl medal uğrunda döyüşün bir addımlığında ispan rəqibinə məğlub olub.

Ayxan, yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, bununla da böyüklərin yarışı başa çatıb.


Oxşar xəbərlər