USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanın hansı məhsulları Dubayda nümayiş olunur? - FOTO


Azərbaycanın hansı məhsulları Dubayda nümayiş olunur? - FOTO

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə 15 Azərbaycan şirkətinin pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və un məmulatları, çay, mürəbbə və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

Fevralın 25-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.



Oxşar xəbərlər