USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanın MDB ölkələrinə ixracı kəskin artıb


Azərbaycanın MDB ölkələrinə ixracı kəskin artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 967,819 mln. ABŞ dolları təşkil edib.

"Simurq.net"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 101,320 mln. dollar və ya 39,4% artaraq 358,541 mln. dollar, idxal isə 43,112 mln. dollar və ya 6,6% azalaraq 609,277 mln. dollar təşkil edib.

Nəticədə, cari ilin I rübündə 250,736 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 36,6% azdır.


Oxşar xəbərlər